top of page
Search

Məşhurlar Gender Zorakılığına Qarşı



Gender stereotipləri cəmiyyətdə geniş yayılmış mənfi hallardan biridir. Bu stereotipləri qırmaq məqsədilə məhşur idmançı, xanəndə, milli şou biznesimizin ulduzları və digər tanınmış şəxslər zorakılıqla bağlı #BəhanələrəSonDeyək çağırışı ilə BMTİP-in qoşulduğu Gender Əsaslı Zorakılıq Əlehinə #16GünlükKampaniyaya qatılıblar. Onların çağırışlarını Siz də görün, götürün! Zorakılıq əlehinə şüarları əks etdirən bu posterlər hal-hazırda BMTİP-in yaratdığı Qadın Resurs Mərkəzlərinin təşkil etdiyi məlumatlandırma və təbliğat kampaniyası zamanı ölkənin 5 rayonunda təqdim ediləcəkdir. Məlumat üçün bildiririk ki, Resurs Mərkəzlərinin yaranması və fəaliyyətlərinin inkişafında Avropa İttifaqı (#Delegation of the European Union to Azerbaijan), ABŞ-ın İnkişaf Agentliyi (#USAID/Azerbaijan) və #Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi olmuşdur. Kampaniyamıza qoşulan məşhurlara dərin təşəkkürümüzü bildiririk - xanəndə Alim Qasımov, pianoçu Isfar Sarabski, şahmatçı Sərxan Həşimov, filosof Rəhman Bədəlov, kinorejissor Ayaz Salayev, bəstəkar Eldar Mansurov, müğənni Miri Yusif, teleaparıcı Jeyhun Əli, rəssamlar Cəsar Məmmədov və Fərid Rəsulov, Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov, teleaparıcı Azər Qərib, aktyorlar Cabir Imanov, Tahir Imanov, Fəxrəddin Manafov və Bəhram Bağırzadə.

0 comments
bottom of page