Gənc və uğurlu rəssam Cəsar Məmmədov, Etika Akademiyasında “Muasir İncəsənətdə dəyərlər” mövzusunda seminar keçirib. Əsərləri Avropanın ən aparıcı muzeylərində və sərgilərində təqdim edilən, gənc olmasına baxmayaraq Avropanın bir neçə ölkəsində rəssamlar ittifaqina daxil olub və saysız birinciliklər qazanan Cəsar Məmməduv, uğurlarının sirlərindən danışıb. Etika üzrə məşçilər minlərlə uşaq, yeniyetmə və gənclərə özünü ifadə edə bilmək qabiliyyətini aşılamaqdadır. “Uğurun sirri dəyərlərinə sadiq qalmaqla işinin peşakarına çevrilməkdir” deyə təbliğ edir. Bu sahədə nitq mədəniyyəti , geyim və təqdim etmə texnikasına da sahib olmaq vacibdir. Cəsar Məmmədov bu fikrə dəstək olaraq özünün əsas prinsipinin: “ Nə edirsinizsə gözəl edin, nə yaradırsınızsa pozitiv düşüncədən yaradın “ olaraq bildirdi.
top of page
bottom of page
Comments