Mükafatlar
2013
“Heydər Əliyev Azərbaycan Respublikasının yaradıcısıdır” Sənət Yarışmasının qalibi, 1969 Qalereya, Bakı, Azərbaycan
Beynəlxalq İncəsənət Sərgisi, 1-ci medal, Dolmabahçe Rəsm Qalereyası, İstanbul, Türkiyə
2014
“Bakının işıqları” sənət yarışması, qalib, 1969 Qalereya, Bakı, Azərbaycan
2016
“Vera” beynəlxalq sənət festivalı, qalib, “Aynur Gallery” pavilyonu, Art Manej, Moskva, Rusiya
2017
Elmi tədqiqatlardakı xüsusi xidmətlərinə görə Fəxri Fərman və diplom, Avropa Elmlər Akademiyası tərəfindən təqdim edildi
Ümumdünya Gənclər Günü çərçivəsində Azərbaycan İdman və Gənclər Nazirliyi tərəfindən xüsusi mükafat təqdim edildi
“Dədə Qorqud” mükafatı, 1969 Qalereya, Bakı, Azərbaycan
Beynəlxalq sənət sərgisi, qalib, Marmaris, Türkiyə
2018
Kraliça Yelizavetə portret təqdim etdi, London, İngiltərə
“Türk dünyasında ilin rəssamı”, beynəlxalq mükafat, Türk dünyası araşdırmaları beynəlxalq elmlər akademiyası, Ankara, Türkiyə
Fərdi sərgilər
2014
Fərdi sərgi, 1969 Qalereya, Bakı, Azərbaycan
2017
“Paradiqma”, fərdi sərgi, Art Bahar festivalı çərçivəsində, Port Baku Mall, sərgi salonu, Bakı, Azərbaycan
2019
“Voyage” fərdi sərgisi, Qalereya 1969, Bakı, Azərbaycan
Qrup sərgiləri
2004
“Novruz” qrup sərgisi, Muzey Mərkəzi, Bakı, Azərbaycan
2005
“İtaliya Azərbaycan rəssamların gözü ilə”, qrup sərgisi, Bakı, Azərbaycan
Azərbaycan rəssamlarının sərgisi, İstanbul, Türkiyə
2007
Azərbaycan rəssamlarının qrup sərgisi, Moskva, Rusiya
Beynəlxalq qrup sərgisi, Sinqapur, Malayziya
2011
Beynəlxalq sənət sərgisi, Seul, Koreya
2013
“Portretlər Melodiyası”, 3-cü Beynəlxalq İncəsənət Sərgisi, Qəbələ, Azərbaycan
“Heydər Əliyev Azərbaycan Respublikasının yaradıcısıdır” sənət yarışması, qalib, 1969 Qalereya, Bakı, Azərbaycan
Beynəlxalq Sənət Sərgisi, İstanbul, Türkiyə
Beynəlxalq İncəsənət Sərgisi, 1-ci medal, Dolmabahçe Rəsm Qalereyası, İstanbul, Türkiyə
2014
“Bəşəriyyət Sənəti”, Treviso, Luçiano Benetton Kolleksiyası, kitab və sərgisi, İtaliya
“Bakı İşıqları” Sənət Yarışması, qrup sərgisi, 1969 Qalereya, Bakı, Azərbaycan
2015
“Carrousel du louvre”, müasir sənət sərgisi, Paris, Fransa 5. Beynəlxalq İncəsənət Sərgisi, Qəbələ, Azərbaycan
2016
“Sərhədsiz sənət” Beynəlxalq Rəsm sərgisi, Bakı, Azərbaycan
“Vera” beynəlxalq sənət festivalı, “Aynur Gallery”, qalib, Art Manej, Moskva, Rusiya
H.M. Kraliça II Yelizavetanın 90 illik yubileyinə həsr olunmuş Royal Windsor At Şousu sərgisi, London, İngiltərə
2017
Azərbaycan rəssamlarının sərgisi, Belçika Sənət qrupu sərgisi, “Nour” Qalereyası, Bakı, Azərbaycan
Sənət qrupu sərgisi, “Ağ” Qalereya, Bakı, Azərbaycan
Beynəlxalq sənət sərgisi, “Mall Gallery”, London, İngiltərə
2018
“İncəsənət və idman” sərgisi, Milli Qimnastika Arenası, Bakı, Azərbaycan
2019
Heydər Əliyevin 96 illiyi çərçivəsində sərgi, Bakı, Azərbaycan
Satış sərgisi Mədəniyyət Nazirliyinin təşkil etdiyi, Crystal Hall, Bakı, Azərbaycan
İllik yekun sərgi, Kral Dəniz Rəssamları Cəmiyyəti (RSMA), Mall Galleries, London, İngiltərə
2020
İllik yekun sərgi, Pastel Cəmiyyəti, Mall Galleries, London, İngiltərə
Həyat və yaradıcılıq xronologiyası
Cəsər Məmmədov Azərbaycanın tanınmış gənc fırça ustalarından biridir. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin (2004-2008) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (2008-2012) məzunudur. Son illərdə, Azərbaycanda və xaricdə keçirilən incəsənət layihələrində fəal iştirak edib və onun əsərləri ən məşhur sərgi meydançalarında nümayiş etdirilib. Çox güman ki, Vladimir Nabokovun şeirindən kiçik bir sətir, rəssamın yaradıcılıq kredosunu, çox gözəl təsvir edə bilər: “Mən bu həyata hədsiz sevgi ilə vurğunam…”. Cəsər Məmmədovun kətanlarında həyat və varlıq sevincinin həzzi, rəssamın ən xırda məişət detallarına xeyirxah marağı ilə birləşir... təbiət gözəlliyinin romantik tərənnümü isə, insan əllərinin yaratdığını ön planda nümayiş etdirilməsi ilə birgə, əl-ələ addımlayır (həm sözün məcazi, həm də əsl mənasında).
Əgər dənizdirsə, o, müxtəlif rəngli yelkənlərlə dolu, şəhərdirsə, parlaq divarlar, eyvanlar və afişalarla rəngarəng olur. Hətta sənaye mənzərələri, məsələn, neft sənayelərinin panoraması, rəssamın fırçasında müəyyən işgüzarlıq, təvazökarlıq, amma istənilən halda, zəif fon çalarlarına malik saf və parlaq rənglərin diqqətlə yoxlanılmış balansına nail olan gözəllik əldə edir. Tonların saflığı, xətlərin aydınlığı, hətta kəskinliyi ilə birləşir: rəssam tamaşaçıya sanki yaş ötdükcə istər-istəməz dünyanın “dumanlı” şəkildə görünən gündəlik möcüzələrinə – dəniz suyunun bərq vurmasına, çimərlik çətirlərinin mozaikasına, dorağaclarının torlarına, kirəmit damların labirintlərinə təzə baxışla nəzər salmağı təklif edir…
Bu mənzərələr ideallaşdırılmayıb və uydurulmayıb. Bu, bir növ “səyahətçinin gündəliyidir”. Axı Cəsər Məmmədov tez-tez səyahət edir. İspaniya, Türkiyə, Fransa, İtaliya onun kətanlarında canlanır. Xüsusilə dənizkənarı şəhərlər, limanlar, onların gündəlik qayğılı həyatı… Əlbəttə, istənilən şəhəri müxtəlif şəkildə təsvir etmək olar, amma Cəsərin yaradıcılığında onların hamısı, daha çox işıqla aşıb-daşır, bu və ya digər dərəcədə bayram əhval-ruhiyyəli olur. Düz deyirlər: “gözəllik, baxanın gözlərində olur”.
Cəsər Məmmədovun natürmort və portretlərində inamlı yaxmaları həyata qarşı eyni sevgini səpələyir; onların əhval-ruhiyyəsi eyni dərəcədə işıqlı, bəzən dinc və sakit, bəzənsə parlaq və coşqundur. Hətta Böyük Britaniyanın kraliçasının təbəssümü, rəssamın fırçasında əslində olduğundan daha çox optimist görünür (bu portret, 2018-ci ildə Vindzorda keçirilən yubiley Kral at şousunda II Yelizavetaya təqdim edilib).
Qrafik rəsmlər, Cəsər Məmmədovun əsərlərində kifayət qədər maraqlı və gözlənilməz təzad kimi görünür. Qrafika – onun yaradıcılığının nisbətən yeni istiqaməti olsa da, rəssam, gələcəkdə ona daha çox diqqət ayırmaq niyyətindədir. Bu texnikada Cəsər Məmmədov mənzərə janrına sədaqətini qoruyub saxlamağa davam etsə də, həqiqətin əks etdirilməsinə yanaşma burada bir qədər fərqlidir və reallıq, minimal rəng çalarları ilə, əhval-ruhiyyə incəliklərinin geniş müxtəlifliyini əldə edir.
Beləliklə, gənc rəssam Cəsər Məmmədov, incəsənət aləmində öz şəxsiyyətini kifayət qədər parlaq formada göstərərək, əldə etdiyi nailiyyətlərlə kifayətlənmir və tamaşaçılarını yeni yaradıcılıq sürprizləri ilə sevindirməyə hazırdır.
Nailə Bənnayeva, sənətşünas
Bakı, fevral, 2019